Nöqtələr
◘Allahın dünyaya hakimiyyəti etibari (tapşırılmış) yox, həqiqidir. Çünki hər bir şeyin mövcudluğu və həyatı Onun əlindədir. Allah var etmək üçün yalnız “ol” buyurur.2 Bir şeyi məhv etmək üçün də Allahın yalnız iradəsi bəs edir.3
Allahın hökuməti daimi, həmişəlikdir. Allahdan qeyrilərinin hakimiyyəti isə müvəqqətidir.4 Bəli, həqiqi və daimi hökumət yalnız Allaha məxsusdur.
Bildirişlər
1. Quranda nə vaxt ilahi hakimiyyətdən danışılırsa, səmalar yerdən əvvəl zikr olunur. Bu, səmaların genişlik və əzəmətini göstərir.
2. Bir çoxlarının əlində hakimiyyət olduğu halda, hətta öz istəklərini də gerçəkləşdirə bilmirlər. Allah isə həm hökumət sahibidir, həm də hər bir işi görməyə qadirdir.
190. ﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ ﴾
“Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün bir-birinin ardınca gəlməsində düşüncə sahibləri üçün (Allahın elm, rəhmət, qüdrət, malikiyyət, hakimiyyət və tədbirinə) nişanələr var.”
Dostları ilə paylaş: |