196. ﴿ لاَ يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُواْ فِي الْبِلاَدِ ﴾
“Şəhərlərdə kafirlərin get-gəli səni aldatmasın.”
197. ﴿ مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ ﴾
“(Bu get-gəldən onların bəhrəsi) dəyərsiz bir matahdır.” Sonra onların əbədi yeri cəhənnəmdir. Cəhənnəm çox pis bir sığınacaqdır.”
Nöqtələr
◘Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri hesabına yaxşı yaşayırdılar. Müsəlmanlar isə Mədinəyə hicrət etdiklərindən, var-dövlətləri Məkkədə qaldığından iqtisadi cəhətdən çətinlik çəkirdilər. Bu ayə onlara təsəlli verir.
◘Həzrət Əli (ə) bir rəvayətdə buyurur: “Ardınca atəş gələn xeyir və xoşluğun dəyəri yoxdur.”1 Kafirlər üçün qısamüddətli ləzzət və əbədi əzab olduğu halda, möminlər üçün müvəqqəti çətinlik və əbədi rahatlıq var.
Dostları ilə paylaş: |