◘Bəzi təfsirçilər bildirirlər ki, bu ayə kitab əhlinin İslamı qəbul edənlərinə aiddir. Onların qırx nəfəri Nəcran əhli, otuz iki nəfəri Həbəşə əhli, səkkiz nəfəri isə Rum əhli idi.1 Amma digər bir qrup təfsirçi bildirir ki, ayə Həbəşə padşahı Nəcaşi haqqındadır. Bu şəxs hicri tarixi ilə doqquzuncu ildə, rəcəb ayında vəfat etmişdir. Onun vəfatından xəbər tutan İslam peyğəmbəri xalqa buyurdu: “Sizin hicazdan xaricdəki bir qardaşınız vəfat etdi. Onun xidmətlərinə görə namaz qılmaq üçün hazır olun.” Bu şəxsin kim olduğu barədə soruşdular. Həzrət buyurdu: “O Nəcaşidir.” Sonra müsəlmanlar İslam peyğəmbəri ilə birlikdə Bəqi qəbristanlığına gedib Nəcaşi üçün namaz qıldılar.1