Nöqtələr
◘Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir.
İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin.
İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin.
Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə etiqad sərhədlərini qoruyun, qəlbləri də vəsvəsələrin hücumundan hifz etməyə çalışın.
“Rabitu” sözü “ribat” kökündən olub, «bir şeyi bir yerə bağlamaq» mənasını bildirir. Karvansaraya da bu dəlilə əsasən «ribat» deyirlər. Karvanlar həmin yerdə dayanıb, öz ticarət mallarını və miniklərini orada saxlayırlar. Eləcə də, Allahın lütfünə bağlanmış qəlb ribat adlandırılmışdır. “İrtibat”, “mərbut”, “ribat” sözləri eyni kökdəndir.
◘Rəvayətdə bildirilir ki, “rabitu” sözü namazın intizarında olmaq mənasını bildirir.2 Müsəlmanlar sanki öz qəlblərini namazda yaranan bağlılıqla möhkəmləndirirlər.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Vacib vəzifələrin icrasında və çətinliklər müqabilində səbir edin, rəhbərlərinizin müdafiəsinə qalxın.3
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Gündəlik namazlarınızda möhkəm olun, düşmənlə cihadda fəallıq göstərin, Allah yolunda bir-birinizlə həmahəng olun ki, nicat tapasınız.”4
Dostları ilə paylaş: |