Bildirişlər
1. Yetimlərin mallarını - özləri bilməsələr və ya yaddan çıxarsalar da - onlara qaytarın.
2. İslam məhrum və zəif təbəqənin himayəçisidir.
3. Yetim uşaqların mülkiyyət hüququ var.
4. Haqqın qarşısını almaq, yetimin malını dəyişmək və ya əskiltmək böyük günahdır.
5. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.
3. ﴿وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ﴾
“Əgər yetim qızlara münasibətdə ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, (onlarla izdivacdan daşının,) ürəyiniz istəyən qadınlarla evlənin. Ya iki, ya üç, ya da dörd. Əgər qorxsanız ki, (zövcələrin arasında) ədalətli rəftar edə bilməyəcəksiniz, onda bir zövcə, ya da malınız olan bir kəniz kifayətdir. (Əlbəttə ki, kənizin də hüquqları yerinə yetirilməlidir) Bu, zülm etməməyiniz üçün daha münasibdir.”
Dostları ilə paylaş: |