Bildirişlər
1. İslam fitrət ayini, dinidir. Övladın vücudu valideynin vücudunun davamı olduğundan və valideynin cismi və ruhi xüsusiyyətləri övlada ötürüldüyündən onun var-dövləti də övlada çatmalıdır.
2. Vəsiyyət insanın öz haqqı olduğundan varislərin hüququndan öndə gəlir.
3. Xalqın haqqı varislərin və qohumların haqqından öndə gəlir.
4. İrs alası insanlar üçün fərqli paylar müəyyənləşdirilməsinin hikmətləri var. Ümumiyyətlə, bir çox işlərin hikməti qaranlıqdır. İrs hökmündə ilk öncə bəşəriyyətin gerçək faydası nəzərdə tutulmuşdur. İnsan bu məsələyə diqqətsiz də ola bilər.
5. Qanunun təsbit olunması üçün elm və hikmət iki mühüm şərtdir. İrs hökmləri ilahi elm və ilahi hikmətə əsaslanır.
12. ﴿وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَلِيمٌ﴾
“Arvadlarınızdan qalan irsin, əgər onların övladları olmasa, yarısı sizindir. Əgər övladları olarsa, onlardan qalan irsin dörddə biri sizə çatır. Əlbəttə ki, vəsiyyətlərinə əməl olunduqdan və borcları ödəndikdən sonra! (Ər öldükdə isə) ondan qalanın dörddə biri arvadlarının payıdır. Əlbəttə ki, övladı olmasa! Əgər övladı olsa, arvadlarının payı səkkizdə bir olur. (Bu bölgü) vəsiyyətə əməl olunduqdan və ya borc ödəndikdən sonra aparılır. Amma irs qoymuş şəxs valideyni və ya övladı olmayan kişi və ya qadın olsa, əgər qardaş-bacısı varsa, onlardan hər birinə altıda bir irs düşür. Əgər onlar (bacı və qardaş birdən artıq olsa, onlar hamısı irsin üçdə birinə bərabər şərikdirlər. Əlbəttə ki, vəsiyyətə əməl olunduqdan və ölünün borcları qaytarıldıqdan sonra! Vəsiyyət varisə zərər olmamalıdır. Bu tapşırıq Allah tərəfindəndir. Allah biləndir və həlimdir.”
Dostları ilə paylaş: |