Bildirişlər
1. Xalqın borcunu qaytarmaq o qədər mühümdür ki, bu iki ayədə dörd dəfə həmin məsələyə toxunulmuşdur.
2. Başqa həyat yoldaşından qalan övlad da ər və arvadın hər birinin payını yarı azaldır. Bu yolla övladlar da öləndən pay alır. Övladın qız və ya oğlan olmasının fərqi yoxdur.
3. İnsan öz vəsiyyətində varislərin halını nəzərə almalıdır ki, onlara zərər toxunmasın.
4. İslam nəinki həyat dövründə, hətta ölümdən sonra da insanın kimsəyə zərər vurmasına yol vermir.
5. İrsin ilahi şəkildə bölünməsi həm elmi əsasa malikdir və həm də əgər bu işdə xilafa yol verilsə, Allah həlimdir və tələsmir.
13. ﴿ تِلْكَ حُدُودُ اللّهِ وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ ﴾
“O (deyilənlər,) ilahi hədlərdir. Hər kəs Allaha və Onun rəsuluna itaət etsə, (Allah onları) ağacları altından çaylar axan bağlara daxil edər. Onlar həmişə orada qalarlar. Budur böyük qurtuluş!”
Dostları ilə paylaş: |