Nöqtələr
◘“Qintar” çoxlu mal mənasını bildirir.
◘Cahiliyyət dövründə yeni bir arvad almaq istəyənlər əvvəlki arvadı sıxıntıya salmaqla onun öz mehriyyəsini kişiyə bağışlamasına nail olmaq istəyirdilər. Əvvəlki qadın öz mehriyyəsindən keçdikdən sonra kişi onu boşayır və həmin mehriyyə ilə yeni bir arvad alırdı. Bu ayədə cahil ənənələr məzəmmət olunur.
Bildirişlər
1. İslam yenidən evlənməyə icazə verir.
2. Boşanma kişidən asılıdır.
3. Çox mehriyyənin eybi yoxdur. Bununla belə az mehriyyə ilə kifayətlənmək tapşırılmışdır.
4. İlahi qanunlar çərçivəsində mülkiyyət üçün məhdudiyyət yoxdur.
5. İslam qadın hüquqlarının himayəçisidir. Birinci qadının hüququnu pozmaqla ikinci dəfə evlənmək qadağandır.
6. Qadının mülkiyyət hüququ var. Mehriyyə əl vurulmadan ona təhvil verilməlidir.
7. Əgər bir şəxs düz yolla böyük mülkiyyət sahibi olmuşsa, «bu mülkiyyət çoxdur» - deyə ondan nəsə almaq olmaz.
8. Ən böyük zülm don geyindirməklə, böhtan atmaqla, şəxsiyyəti tapdalamaqla xalqın malının onun əlindən alınmasıdır.
21. ﴿ وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا ﴾
“Hər biriniz o birinizdən kam apardığı və zövcələriniz sizdən möhkəm əhd aldığı bir halda, həmin malı necə geri alırsınız?!”
Dostları ilə paylaş: |