Nöqtələr
◘Bu ayədə insana məhrəm olan və izdivac haram sayılan qadınların adları sadalanmışdır. Məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur: doğum (nəsil əlaqəsi); izdivac (səbəb rabitəsi); süd əmmə (süd rabitəsi).
◘Əvvəlki dinlərdə də məhrəmlərlə izdivac haram olmuşdur.1
◘Məhrəm olmayanlarla izdivac ailə rabitələrini genişləndirir.
◘İki bacı ilə eyni vaxtda evlənmək, adətən, onlar arasında şəxsi və cinsi həsəd və rəqabət yaradır. Eləcə də, bacılar arasında ədavət güclənir. Belə bir izdivac zikr olunmuş səbəbə görə haram buyurula bilər.
Dostları ilə paylaş: |