Nöqtələr
◘Həzrət Peyğəmbərin (s) ümmətə şahid olmasını bəyan edən bu ayənin məzmununa başqa yerlərdə də təsadüf olunur.1
◘İbn Məsud bu ayəni həzrət Peyğəmbər (s) üçün tilavət edərkən həzrətin gözlərindən yaş axdı.2
◘Allahın şahidə ehtiyacı olmasa da, şahdlərin çoxluğu insanın tərbiyə və təqvasına təsir göstərir. Mavi ekranda çıxış edən insan milyonlarla tamaşaçının qarşısında olduğundan, əgər asqırsa və ya bir səhvə yol versə, adi vaxtlardakından daha çox xəcalət çəkir.
◘Quran ayələrinə əsasən, qiyamətdə şahidlər çoxdur: Allah,3 peyğəmbərlər,4 məsum imamlar,5 mələklər,6 yer,7 zaman,8 bədən üzvləri.9 Bəli, qiyamət şahidlərin sıralandığı bir gündür.10
◘Allahın qanunu budur ki, hər bir peyğəmbər öz ümmətinə şahid olsun. Demək, İslam peyğəmbərinin vəfatından sonra da aramızda olan bir şəxs bizə şahid durmalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Hər bir əsrdə (dövrdə) biz Əhli-beytdən (ə) olan imam xalqa şahiddir. Peyğəmbər isə bizə şahiddir.”11
◘Həzrət Əli (ə) bu ayəni oxuduqdan sonra həmin zümrə haqqında məlumat vermişdir.12
Dostları ilə paylaş: |