Nöqtələr
◘Şərabın haram buyurulması İslamın əvvəllərində tədrici şəkildə həyata keçdi. Əvvəlcə şərab xoşagəlməz içki kimi tanıtdırıldı.2 Sonra ayə nazil oldu və məst halda namaz qılmaq qadağan edildi.1 Həmin vaxt şərabın ziyanının faydasından çox olduğu bildirildi.2 Daha sonra şərab çirkin və şeytani bir iş kimi qəti qadağan edildi.3
◘Rəvayətlərdə bildirilir ki, yuxulu, süst halda olarkən namazdan çəkinin.4 Digər ayələrdə süst halda qılınan namaz münafiqlik nişanələrindən sayılmışdır.5
◘“Ğait” çökək yerə deyilir. Qədimdə ayaqyolu kimi istifadə üçün dərələr qazıldığından “ğait” sözü ayaqyoluna getmək mənasında işlədilmişdir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Səid” suyun axıb töküldüyü hündür yerə deyilir.”6
◘İmam Sadiq (ə) buyurmuşdur: “Laməstum” yaxınlıq mənasındadır. Amma Allah örtəndir və bu sayaq sözləri örtülü buyurmağı sevir.”7
Dostları ilə paylaş: |