Bildirişlər
1. Namaz məqamı o qədər ucadır ki, şərabxor ona yaxınlaşmamalıdır.
2. Namazda təkcə zikr və hərəkətlər kifayət deyil. Həm də diqqət və düşüncə lazımdır.
3. Vəzifə öhdədən götürülsə də, qəflət içində olan ibadət dəyərsizdir.
4. Məscidə cünub halda daxil olmaq olmaz.
5. Qüsldə bütün bədəni yumaq lazımdır. Çünki ayədə qüsl zamanı xüsusi üzvlərin adı çəkilməmişdir.
6. Təhlükə və zərər ehtimalı insanın öhdəsindən vəzifəni götürür. Bəzən də belə bir ehtimal vəzifənin yüngülləşməsinə səbəb olur.
7. Danışarkən ədəbi gözləmək lazımdır. (Dərədən qayıtmaq ayaqyoluna getmək, qadınlarla təmasda olmaq isə onlarla cinsi yaxınlıq mənasındadır. Şübhəsiz ki, qadına toxunmaqla qüsl vacib olmaz.)8
8. İlahi hökm yüngülləşdirilə bilər, aradan götürülə bilməz. Əgər su yoxdursa, təyəmmüm etmək lazımdır.
9. Namaz vasitəsi ilə Allahla rabitə yaratmaq üçün paklıq, dəstəmaz və ya təyəmmüm şərtdir.
10. Təyəmmüm pak torpağa edilməlidir.
11. İlahi hökmlərin yüngülləşdirilməsi Allahın rəhmət və bağışlama təcəssümlərindəndir.
44. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ ﴾
“Məgər Allahın Kitabından bəhrə verilmiş kəsləri görmədinmi?! Hidayət əldə etmək əvəzinə azğınlığı satın alırlar və sizin də yoldan azmağınızı istəyirlər.”
Dostları ilə paylaş: |