Bildirişlər
1. Hidayət üçün təkcə səmavi kitaba bələdçilik kifayət deyil.
2. Kitab əhli alimlərinin ilahi təlimlərdən xəbərdarlığı nöqsanlıdır. Həmin nöqsan onların azğınlığına səbəb olmuşdur.
3. Azğın alimlər öz elm və məqamlarından sui-istifadə edib başqalarını da azdırmağa çalışırlar.
45. ﴿ وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا ﴾
“Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allahın sizin haminiz olması yetər. Allahın sizə yardımçı olması kifayətdir.”
Bildirişlər
1. Biz düşməni düzgün tanımaya da bilərik. Amma Allah bizim həqiqi düşmənlərimizi çox yaxşı tanıyır.
2. Vilayət və möminlərə yardım əsasında ilahi vədlər olan yerdə qurğu və düşmənçiliklərdən qorxmaq olmaz.
3. Vilayət və hakimiyyət qüdrət və yardımla müşayiət olunmalıdır.
46. ﴿مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾
“Yəhudilərdən bəziləri sözlərin yerini təhrif edirlər (“eşitdik və itaət etdik” demək əvəzinə), deyirlər: “Eşitdik və itaətsizlik etdik.” (Və ədəbsizcəsinə İslam peyğəmbərinə deyirlər:) «Eşit, heç vaxt eşitməyəsən və bizi axmaq say.» (“Raina”) (Bu sayaq deyirdilər) ki, öz dilləri ilə həqiqətləri çevirsinlər və dininizə tənə etsinlər. Əgər desəydilər ki, (Allahın kəlamını) eşitdik, itaət etdik və (sözümüzü) eşit, halımıza nəzər sal (həqiqətləri daha yaxşı dərk edək deyə), onlar üçün yaxşı olardı və məntiqə uyğun gələrdi. Amma Allah onlara küfrləri və inadkarlıqları səbəbindən lənət etdi. Az bir hissəsindən savay iman tövfiqi tapmadılar.”
Dostları ilə paylaş: |