Bildirişlər
1. Dəstənin bir hissəsinin günahını bütün dəstənin ayağına yazmaq olmaz.
2. Sözlərin mənalarını təhrif etmək günahların açarı və digər günahların ortaya çıxması zəminəsi, eləcə də, məktəbin zəifləməsi amilidir.
3. Müqəddəsliklərin təhqiri və toxunulmazlıqların aradan götürülməsi kafirlərin daimi üsullarından olmuşdur.
4. Peyğəmbərlərin dəvətini dinləmək yaxşılıq və möhkəmlik səbəbidir.
5. İnsanın taleyi onun seçiminin və əməllərinin nəticəsidir.
47. ﴿يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً﴾
“Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.”
Dostları ilə paylaş: |