Bildirişlər
1. Şirk ən mənfur günahdır və Allahın bağışlamasına mane olur.
2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.
3. Şirk dəlilsiz iddia və böyük bir yalandır.
49. ﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً ﴾
“Özünü pak və eyibsiz sayanları görmədinmi? Xeyr, Allah istədiyini paklayar və onlara xurma özəyindəki sapca zülm olunmaz.”
Nöqtələr
◘Xudpərəstlik, özünü eyibsiz və hamıdan üstün bilmək Quran tərəfindən məzəmmət olunur. Necə ki, buyurulur: “Özünüzü tərifləməyin, Allah kimin müttəqi olduğunu daha yaxşı bilir.”2
Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin nişanələrindən biri kimi onların sitayiş qarşısında qorxu keçirdiyini bildirir.
Bildirişlər
1. Qürur və insanın özünü böyük saymasından doğan özünəsitayiş caiz deyil.
2. Bəşəri yox, ilahi göstərişlər əsasında paklanma dəyərlidir.
3. İlahi cəzalar Allahın zülmü yox, insanın pis əməllərinin nəticəsidir.
50. ﴿ انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا ﴾
“Sən onların Allahın adından necə yalan danışdıqlarına bax! Həmin aşkar günah onlar üçün bəsdir.”
Dostları ilə paylaş: |