“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə342/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   338   339   340   341   342   343   344   345   ...   494

Nöqtələr


◘Əmanətə vəfa və ədalətli rəftar imanın mühüm nişanələrindəndir. Necə ki, xəyanət nifaq əlamətidir. Hədisdə nəql olunur ki, insanların uzun rüku və səcdələrinə yox, doğru danışmağına və əmanətə münasibətinə baxın.2

◘Çoxsaylı rəvayətlərdə nəql olunur ki, «əmanət» dedikdə cəmiyyətə əhli-beyt tərəfindən rəhbərlik nəzərdə tutulur. Belə bir əmanətə sədaqət uyğun ayəyə əməl olunmasının bariz nümunələrindəndir.

◘Bəli, cəmiyyətin xoşbəxtliyinin açarı iş başında layiqli və ədalətli şəxsin dayanmasıdır. İctimai çaxnaşmaların mənşəyi isə ləyaqətsizlərin hakimliyi və zalımcasına mühakimələrdir. Həzrət Əli (ə) buyurmuşdur: “ Bir şəxs cəmiyyətdə özündən layiqlisi olduğunu bildiyi halda rəhbərliyi qəbul edərsə, şübhəsiz, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.”1

◘Elm və həqiqəti gizlətmək, xalqın malına sahib olmaq, qeyri-ilahi rəhbərlərə itaət, övlad üçün ləyaqətsiz zövcə və ya ləyaqətsiz müəllim seçmək və bu kimi başqa işlər əmanətə xəyanət nümunələridir.

◘İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: “Allahın əmr və hədləri ilahi əmənətlərdir.”2

◘İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “Allah əmr etmişdir ki, hər bir imam özündə olanı növbəti imama tapşırsın.”3

Əmanət üç növdür:

a) İnsanla Allah arasında (insan üçün təyin olunmuş vəzifələr və vacib işlər);4

b) İnsanla başqaları arasında (insana əmanət tapşırılmış mal və sirr);

v) İnsanla özü arasında (əlimizdə əmanət olan elm, ömür, qüdrət).



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin