Bildirişlər
1. İşi bilicilərə tapşırmaq və ədalətli mühakimə saleh əməl nümunələrindən və iman nişanələrindəndir. (əvvəlki ayəyə görə)
2. Hər bir əmanətin sahibi var. Hər kəsdə bir iş və məqam ləyaqəti və istedadı var.
3. Əmanətin qaytarılmasında və ədalətli olmaqda iman şərt deyil. Bütün xalqa münasibətdə əmanətdar və ədalətli olmaq lazımdır.
4. Qazi və hakim ədalətli olmalıdır.
5. Hökumət təşkili zəruridir. Vəzifəni onun əhlinə tapşırmaq və ədalətli mühakimə üçün ilahi hökumətin bərqərar olması şərtdir.
6. Yaxşı moizə odur ki, əxlaqi öyüdlərdən əlavə, ictimai və hüquqi məsələlərə də diqqət yetirilsin.
7. Əmanətə xəyanət və ya ədalətsiz mühakiməni xalq da anlamasa, Allah görən və eşidəndir.
59. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً﴾
“Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə və əmr sahiblərinə (peyğəmbər canişinlərinə) tabe olun. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allahın və peyğəmbərin hökmünə verin. Bu, (ixtilafın həlli üçün Quran və sünnəyə müraciət) üstündür və sonu daha yaxşıdır.”
Dostları ilə paylaş: |