Nöqtələr
◘Quranda yəhudilərin puç şüarları və batil xəyallarına dəfələrlə işarə olunmuşdur. Onlar deyirdilər: “Biz üstün irqik, Allahın əzizləriyik və qiyamətdə babalarımızın buzova pərəstiş etdiyi qırx gündən artıq əzab görmərik.” Bu puç xəyallar onlarda qürur doğurur, onları azğınlığa aparır. Bu günkü israillilər də özlərini üstün irq sayır və bu istiqamətdə heç bir zülmdən çəkinmirlər.
Bildirişlər
1. Dönüklüyün səbəbi xürafi və əsassız əqidələrdir.
2. İnsanın özünü istər din, istər soy baxımından üstün tutması qadağandır.
3. İnsanın özünü cəzadan amanda bilməsi azğınlıq səbəbidir.
4. Yəhudilər qiyamət və cəhənnəmi qəbul edir, öz günahlarını etiraf edirdilər.
5. Allah məhkəməsində bütün xalqlar eynidir.
25. ﴿ فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾
“Biz onları heç bir şəkk-şübhə olmayan gündə bir yerə toplayacağımız vaxt halları necə olacaq? Hər kəsə qazandığı müqabilində mükafat və cəza veriləcək və onlara zülm olunmayacaq.”
Dostları ilə paylaş: |