Bildirişlər
1. Münafiqlərin səyləri hədərdir. Çünki Allah həm onların niyyətlərindən xəbərdardır, həm də vaxtında onları ifşa edir.
2. Münafiqlər səmimi üzr istəmirlər. Əgər üzrləri həqiqi olsaydı, onlardan üz döndərmək əmri verilməzdi.
3. Rəhbər münafiqlərlə etiraz və moizə üslubunda danışmalıdır.
4. Moizədə münafiqlərə aşkar şəkildə onların aqibətləri ilə bağlı xəbərdarlıq olunmalıdır.
64. ﴿وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا﴾
“Biz bütün peyğəmbərləri yalnız Allahın izni ilə itaət üçün göndərdik. Onlar özlərinə zülm etdikləri vaxt sənin yanına gəlsəydilər və Allahdan bağışlanmaq diləsəydilər, peyğəmbər də onlar üçün bağışlanma istəsəydi, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.”
Dostları ilə paylaş: |