Bildirişlər
1. Üç iş həqiqi iman nişanəsidir:
a) Mühakimə üçün tağuta, zalım hakimə yox, peyğəmbərə müraciət edilməsi.
b) Peyğəmbərin mühakiməsi haqqında sui-zən edilməməsi.
v) Peyğəmbərin hökmünü ürəkdən qəbul etmək və təslim olmaq.
2. İslam zahirən təslim olmaqdan əlavə, ruhi hala, qəlb təslimçiliyinə kamil diqqət yetirir.
3. Mühakimə risalət və vilayət şənindəndir.
4. Peyğəmbərin mühakiməsinə təslim olmağın vacibliyi həzrətin ismət, paklıq nişanıdır.
66. ﴿وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُواْ أَنفُسَكُمْ أَوِ اخْرُجُواْ مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا﴾
“Əgər onlara hökm etsəydik ki, ölümə getsinlər (Bizim əmrimizlə bir-birlərini öldürsünlər), evlərindən və məmləkətlərindən çıxsınlar, kiçik bir hissəsi istisna olmaqla bu göstərişi yerinə yetirməzdilər. Əgər onlar öyüd verilən şeyə əməl etsəydilər, onlar üçün üstün və möhkəmlikdə təsirli olardı.”
Dostları ilə paylaş: |