Nöqtələr
◘Ayə Məkkə əhlinin təzyiq və işkəncələri altında baş götürüb qaçan müsəlmanlar haqqındadır. Azadlıqları uğrunda cihaddan boyun qaçıranlar məzəmmət olunurlar.
◘Müstəzəflərin kimliyi barədə verilən suallara İmam Sadiq (ə) belə cavab verir: “O kəslər ki, nə mömindirlər, nə də kafir.” 1
Bildirişlər
1. Müsəlmanlar bir-birlərinə münasibətdə dini qeyrət və təəssüb göstərməlidirlər. Onlar bir-birlərinin nalələrinə və fəryadlarına biganə qalmamalıdırlar.
2. İslami cihadın hədəflərindən biri müstəzəfləri zalım hakimlərin zülmündən xilas etməkdir.
3. İslam sərhəd tanımır. Harada müstəzəf varsa, cihad da vardır.
4. İslam ordusu o qədər güclü olmalıdır ki, bütün dünya məhrumlarına nicat verə bilsin.
5. Cihada dəvət üsulunda xalqın hisslərindən faydalanmaq lazımdır.
6. Müsəlmanlara rəhbərlik Allah tərəfindən olmalıdır.
76. ﴿ الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُواْ أَوْلِيَاء الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا ﴾
“İman gətirənlər Allahın yolunda cihad edirlər. Kafir olanlar isə tağut yolunda döyüşürlər. Beləcə, şeytanın dostları və köməkçiləri ilə döyüşün (və qorxmayın), çünki şeytanın hiyləsi zəifdir.”
Dostları ilə paylaş: |