Bildirişlər
1. Tarixə diqqət faydalıdır.
2. Bütün inqilabların başlanğıcında çətinliklərə dözmək lazım gəlir.
3. Ötəri hissləri və boş şüarları nəzərdən qaçırmaq olmaz.
4. Allahın göstərişləri xalqın istəyinə yox, həqiqi ehtiyaclara əsaslanır.
5. Qılınc heç də həmişə faydalı olmur. Çətin şəraitdə və hazırlıq olmayanda güclü düşmənə bəhanə yeri qoymaq olmaz.
6. Allahın rəsulundan və ilahi göstərişlərdən qabağa qaçmayın. Dini işlərdə şəxsi üslubunuzu önə çəkməyin.
7. Allahın zikri olan namazla daxili rahatlıq əldə edin. Zəkat vasitəsi ilə iqtisadi boşluqları doldurun.
8. İslamın ibadi məsələləri iqtisadi məsələlərindən təcrid deyil.
9. İbadətlər arasında namaz və zəkatın xüsusi yeri var.
10. Namaz zəkatdan öndə gəlir. (Bu iki ibadətin adı çəkilərkən daim namaz öndə zikr olunur.)
11. Namaz və zəkat göstərişləri cihad göstərişindən qabaq çıxarılmışdır.
12. İnsanın özünü tərbiyə etməsi cəmiyyəti qaydaya salmasından irəlidir. Namaz və zəkat əhli olmayan kəs ixlas və isar əhli də olmayacaq.
13. Tez qızanlar tez də soyuyur. Bəli, qızmış şey soyuyur, amma bişmiş şey yenidən çiy olmur.
14. İnqilabçı olmaq mühüm deyil. İnqilabçı qalmaq mühümdür. Bəzən şüarla əməl arasında böyük fasilə yaranır.
15. Cihad göstərişi xalqın sınaq vasitəsidir.
16. Cihadın tərk olunmasının əsas səbəbi dünyaya bağlılıqdır.
17. Cihad əmrinə etiraz qaynağı qorxudur.
18. Allahın göstərişlərinə və onların verilmə vaxtına etiraz etməyin. İlahi əmr olan yerdə zaman və məkanla bağlı hesabatlarınızı bir kənara qoyun.
19. Allahın əmrinə etiraz təqvasızlıq nişanəsidir.
20. Əgər baxışınız maddi dünyadan uzaq görə bilsə, dünyanın cüzi matahına könül verməzsiniz.
21. Yalnız təqva əhli axirətdə kam alır.
78. ﴿أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا﴾
“Harada olsanız ölüm sizi yaxalayar. Hətta möhkəm qalalarda olsanız da. Onlara (münafiqlərə) yaxşılıq və qələbə yetişdikdə deyirlər: “Bu, Allah tərəfindəndir.” Bir pislik yetişdikdə isə deyirlər: “Bu, sənin tərəfindəndir.” De ki, hər şey Allah tərəfindəndir. Bu qövmə nə olub ki, heç bir sözü anlamaq iqtidarında deyil?”
Dostları ilə paylaş: |