Nöqtələr
◘Kafirlər Ühüddə qalib gəldikdən sonra Əbu-Süfyan qürurla dedi: “Müsəlmanlarla kiçik Bədr mövsümündə (Bədrdə zil-qədə ayında keçirilən bazar) növbəti dəfə üzbəüz gələcəyik.” Vəd olunmuş vaxt çatdıqda peyğəmbər xalqı cihada dəvət etdi. Bir dəstə Ühüddə məğlubiyyət səbəbindən cihada getmək istəmədi. Yuxarıdakı ayə nazil oldu. Peyğəmbər xalqı növbəti dəfə cihada çağırdı. Yetmiş nəfər hazırlığını bildirsə də, döyüş baş vermədi və müsəlmanlar sağ-salamat Mədinəyə qayıtdılar.
◘“Nükul” qorxu səbəbindən imtina mənasını bildirir. “Tənkil” isə qarşı tərəfi fikrindən döndərmək mənasını ifadə edir. Cəza, hədd “tənkilə” misal ola bilər.
◘İmam Sadiq (ə) buyurmuşdur ki, tənha qaldığı halda heç bir peyğəmbərə cihad əmri verilməmişdir. (“Təfsire Safi”)
◘İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) bütün döyüşlərə şəxsən özü komandanlıq edirdi.”1
Dostları ilə paylaş: |