Nöqtələr
◘Nifaq əhli ilə rəftar yolunun mərtəbələri var. Bu ayədə bəyan olunmuş sərt hökmlər fitnə-fəsadda müşriklərlə həmkarlıq edən münafiqlərə aiddir.
◘Quran cümlələrini bir-birinin vasitəsi ilə mənalandıraq. Ayədəki tədbirlərdən məlum olur ki, Allah insanı yalnız onun əməllərinə görə azdırır.
Bildirişlər
1. Allah münafiqlərin sirləri və gizli istəkləri üzərindən pərdəni götürür.
2. Münafiqlər və düşmənlər sizin düşüncə və əqidənizi hədəf almışlar.
3. İslam cəmiyyəti münafiqlərdən təmizlənməlidir. Onlarla hər hansı bir dostluq əlaqəsi qırılmalıdır.
4. Küfr, şirk və fəsad olan məntəqədən hicrət vacibdir.
5. Allah yolunda hicrət gerçək iman nişanəsidir.
6. Tövbə yolu həmişə açıqdır.
7. Hər bir günahın tövbəsi günahı tərk etməkdir. Hicrətin tərkinin tövbəsi hicrətdir.
8. Pozucu və fitnəkar münafiqlər edam olunmalı, aradan götürülməlidirlər. Bu işi həyata keçirmək üçün İslam cəmiyyəti qüdrətli olmalıdır.
9. İslam düşmənlə mübarizə və fəsad əhlinin təqibi üçün ən sərt tədbirlərə əl atır.
10. Münafiqlərin maddi imkanları və hərbi qüvvələrinə bel bağlamaq olmaz. Onların yardımından gözümüzü çəkməliyik.
11. İslamda münafiqlərlə qurulan hər hansı bir mənəvi, siyasi, hərbi, iqtisadi, mədəni rabitə məhkum edilir.
90. ﴿إِلاَّ الَّذِينَ يَصِلُونَ إِلَىَ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَاقٌ أَوْ جَآؤُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَاتِلُونَكُمْ أَوْ يُقَاتِلُواْ قَوْمَهُمْ وَلَوْ شَاء اللّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً﴾
“O kəslər istisnadır ki, peyman bağladığınız qövmə sığınmışlar, ya o kəslər ki, sizinlə və ya öz qövmləri ilə döyüşdə təngə gəlmiş halda yanınıza gəlirlər. (Onların heç bir tərəflə döyüş halı yoxdur və bu hal Allahın lütfüdür.) Çünki Allah istəsəydi, onları sizin üstünüzə qaldırar, onlar da sizinlə döyüşərdilər. Demək, əgər onlar kənara çəkilib sizinlə döyüşmədilərsə, sülh və saziş təklif etdilərsə, Allah onlarla döyüş üçün sizə heç bir yol qoymadı.”
Dostları ilə paylaş: |