Bildirişlər
1. Günahsızın qətlə yetirilməsi İslamda haramdır.
2. Qətl imanla uyuşmur.
3. Mömin xata edə bilər. Ona görə diqqətli olmalıdır.
4. Müsəlmanın həyatı o qədər hörmətlidir ki, onun səhvən öldürülməsi də asanlıqla bağışlanmır.
5. Səhv cəzanın yüngülləşdirilməsində əsas meyardır.
6. Möminin həyatının bahası imanlı qulun azad edilməsidir.
7. Azad edilmə də bir növ həyatdır. Əgər bir nəfərin həyatı alınırsa, bir başqasının həyatı əvəz olaraq azad edilməlidir.3
8. Qulların azad edilməsi İslam proqramı boyu izlənilir.
9. Diyə verilməsi öldürülənin ailəsinin istəyindən asılı deyil. Qatilin vəzifəsi diyə ödəməkdir.
10. Hər kəsə diyə verilməməlidir. Diyə öldürülənin ailəsinə verilməlidir ki, haqq öz sahibinə çatsın.
11. Öldürülənin ailəsi qanbahasının sahibidir.
12. Xatakara diyə təyin olunması İslam quruluşunda cərimənin mövcudluğu rəmzidir.
13. Əsəbi, həyəcanlı hallarda da insani hisslər və mərhəmət unudulmamalıdır. Xatakarı bağışlamaq özü də bəyənilmiş bir sədəqədir.
14. İman o qədər dəyərlidir ki, bəzən kafiri də möminlər cərgəsinə qatır. Həmpeyman kafirə də qanbahası ödənməlidir.
15. Cərimə növü bir tərəfdən möminlərin faydasına olmalı, digər bir tərəfdən kafir cəmiyyəti gücləndirməməlidir. Ona görə də silahlı (hərbi) düşmənə diyə ödəmək qadağandır.
16. Qul azad olunmasında imanın şərt qoyulması qulları İslamın qəbuluna həvəsləndirir.
17. İslam və onun qanunlarında çıxılmaz vəziyyət yoxdur. İslam hökmləri yüngülləşdirə bilsə də, tamamilə aradan götürmür.
18. İslamda cərimə fərdlərin fiziki və iqtisadi gücü miqdarındadır.
19. Ardıcıl tutulan oruc ruhu paka çıxarmaq vasitəsidir.
20. İslam fərdlərin imanına istinad edir. Qul azad olunması və diyə ödənməsi müşahidə olunan işlərdirsə, oruc tutmaq pərdə arxasında qalır. Bu vasitə ilə insan öz dini və əxlaqi vicdanını cərimələyir.
21. Möminin həyatı çox mühümdür. Kəffarələr ilahi yüngülləşdirmələr növüdür.
22. Bilməyərəkdən baş verən qətl də insanı ilahi lütfdən uzaqlaşdırır. Diyə ödənməsi və qul azad olunması qatili ilahi lütf fəzasına qaytaran yoldur.
23. İlahi qanunlar elm və hikmətə əsaslanır, məsələ bütün tərəflərdən mülahizə olunur.
Dostları ilə paylaş: |