Bildirişlər
1. İslam quruluşunda heç bir məqam boş yerə başqasını qətlə yetirməyə və edama icazə vermir.2
2. İnsanın dəyəri onun düşüncə və əqidəsindən asılıdır.
3. Bilərəkdən baş verən günahların sorğu-sualı, hesabı ayrıdır.
4. Qətl və qan tökülməsi kəbirə günahlardandır.
5. Ağır cəzalar cəmiyyətdə fəsadın qarşısını alan, əmin-amanlığı hifz edən amillərdəndir.
94. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾
“Ey iman gətirənlər! Nə vaxt Allah yolunda (cihad üçün) qədəm götürsəniz, (düşmənin işlərini) araşdırın. Sizə müsəlman olduğunu və sülhə gəldiyini bildirənə deməyin ki, «sən mömin deyilsən» və bu bəhanə ilə dünya malı və qənimət ələ gətirməyin. Çünki böyük qənimətlər Allahın yanındadır. Siz də əvvəllər belə idiniz. Allah sizə minnət qoydu (iman canınıza nüfuz etdi), belə ki, araşdırın (tələsik silaha əl atmayın), Allah daim gördüyünüz işlərdən yaxşıca agahdır.”
Dostları ilə paylaş: |