Nöqtələr
◘“Xata” sözü büdrəmə mənasını bildirir. Bu həm bilərəkdən, həm də bilməyərəkdən ola bilər. “İsm” (“اثم”) isə bilərəkdən baş verən günahı ifadə edir.
◘Böhtan imanın, ədalətin, etimadın puç olmasına gətirən böyük günahlardandır. Böhtan axirət əzabı səbəbidir. İmam Sadiq (ə) buyurmuşdur: “Günahsıza böhtan əzəmətli dağlardan ağırdır.”1
◘Böhtan elə bir yalana deyilir ki, bunu eşidən insan heyrətə gəlir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Qeybət odur ki, din qardaşının Allah tərəfindən örtülmüş eybini açasan. Amma onda olmayan bir şeyi dilə gətirmək böhtandır.”1
Dostları ilə paylaş: |