“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə418/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   414   415   416   417   418   419   420   421   ...   494

Nöqtələr


Bəlkə də bu ayə yüz beşinci ayə kimi nahaqdan oğurluqda ittiham olunan şəxsin macərasına aid olsun. Həmin vaxt Peyğəmbər (s) bir qrup dəstənin şahidliyinə əsasən mühakimə yürütmüşdü. Ayə başqa bir məsələyə də işarə ola bilər. Bir dəstə şəxs Peyğəmbərin (s) görüşünə gəlib demişdilər ki, iki şərtlə sənə beyət etməyə hazırıq. Bütləri öz əlimizlə qırmayacağıq və bir il də Üzzaya pərəstiş edəcəyik.” Ayə nazil oldu və bu istək rədd edildi.

Bildirişlər


1. Düşmənlərin hətta Peyğəmbərə (s) qarşı onu büdrətmək üçün planları var. Demək, cəmiyyətin rəhbərləri diqqətli olmalıdırlar.

2. İnsan başqalarını azdırmaq qərarına gəlmişsə, əslində özünü azdırmaq qərarına gəlmişdir.

3. Allah Quranı sığortaladığı kimi, Peyğəmbərini (s) də sığortalayır.1

4. Hikmət təlimi və kitab göndərilməsi ilahi fəzl və lütfün aşkar nümunəsi, peyğəmbərin paklıq rəmzidir.

5. Allah Öz peyğəmbərinə qeyb elmi və sirlər öyrədir.

6. Peyğəmbərin haqlı olması nişanələrindən biri budur ki, ona deyilir: “Sən ilahi təlimsiz işlərdən xəbər tuta bilməzdin.” Bəli, əgər Quran peyğəmbərin sözü olsaydı, heç vaxt özünü savadsız kimi tanıtdırmazdı.

7. Allah peyğəmbərin müəllimidir. İlahi təlimdə heç bir xata və səhv baş vermir.

8. Bəşəriyyətin elm dairəsi, hətta peyğəmbərin da elmi məhduddur.


114. ﴿لاَّ خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلاَّ مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلاَحٍ بَيْنَ النَّاسِ وَمَن يَفْعَلْ ذَلِكَ ابْتَغَاء مَرْضَاتِ اللّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا﴾

Onların xəlvətdəki söhbətlərinin çoxunda bir xeyir yoxdur. Yalnız sədəqə verməyi, yaxşı iş görməyi, xalq arasında islah və dostluq yaratmağı əmr edənin söhbətindən başqa! Hər kəs Allahın razılığını qazanmaq üçün belə etsə, ona tezliklə böyük mükafatlar verəcəyik.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin