Bildirişlər
1. Arzulara bağlılıq şeytanın toruna düşməkdir.
2. Başqalarına, hətta uşaqlara yalan vəd verənlər şeytani iş görürlər.
3. Cəhənnəm bir qrup üçün əbədi məskəndir.
4. Cəza ilə qorxutma fəsadın qarşısını alma yollarındandır.
5. Dünya çətinliklərindən qaçmaq olar, axirət əzabından isə heç vaxt!
6. Axirətdən geri qayıtmaq mümkünsüzdür. Nə qədər ki, dünyadan getməmişik, pisliklərdən çəkinək.
122. ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ قِيلاً ﴾
“İman gətirib saleh iş görən kəslər tezliklə altından çaylar axan bağlara daxil edilərlər. Həmişə orada olarlar. Allahın vədi haqdır. Sözdə Allahdan düzü kimdir?!”
Dostları ilə paylaş: |