Nöqtələr
◘“Nəqir” dimdikləmək mənasını verir. Xurma dənəsinin ucu kiçik dimdiyə oxşadığından “nəqir” adlanır.
◘Əvvəlki ayədə pis əmələ, bu ayədə saleh əmələ işarə olundu. Yəni mükafat və cəza hər biri əmələ əsaslanır.
◘Bu ayədə behiştdən, “Nəhl” surəsinin 97-ci ayəsində isə behiştdən əlavə pak həyatdan da danışılır.
Bildirişlər
1. Behiştə daxil olma amili iman və saleh əməldir. Milli mənsubiyyət, iddia və arzunun bu işdə rolu yoxdur.
2. Bütün millətlər, rənglər, təbəqələr ilahi lütfdən bəhrələnmədə eynidir.
3. Saleh əməllərdən bəzilərini yerinə yetirməklə behiştə ümid edin. Çünki kamal nəhayətsiz, kəsb qüdrəti isə məhduddur.
4. Qadın və kişi mənəvi kamilliklərə çatmaqda bərabərdir. Yəhudilər və məsihilər isə bu məsələ ilə bağlı başqa cür düşünürlər.1
5. Əməllərin qəbul şərti imandır. İmansız insanların xidmətləri dünyada dəyərləndirilir. Onlar üçün axirət mükafatı yoxdur.2
6. Saleh möminin mükafatı behiştdir.
7. Xeyir işlər cüzi də olsa dəyərlidir.
125. ﴿ وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لله وَهُوَ مُحْسِنٌ واتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَاتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً ﴾
“Özü Allaha təslim olmuş, xeyir iş sahibi olduğu halda İbrahim ayininə tabe olan kəsin dinindən kimin dini üstündür?! Allah İbrahimi özünə dost seçdi.”
Dostları ilə paylaş: |