Bildirişlər
1. İş baş verməmiş əlac etmək lazımdır. Ailədə qarşıdurma boşanmaya çatmamış bir çarə düşünmək zəruridir.
2. Daha üstün məsləhətlə ailəni qorumaq üçün haqdan keçməyin eybi yoxdur.
3. Ailə məsələlərində ilk mərhələ ərlə arvad arasında islahdır. Bu işdə başqalarının müdaxiləsinə yol verilmir. Əgər ərlə arvad razılaşmırsa, başqaları müdaxilə etsin.
4. Ər-arvadın bir-birindən bəhrələnməsi keçiləsi haqdır. Hökm olunmayıb ki, bu işdə dəyişiklik olmasın.
5. Ailə haqqı ərlə arvadın ayrı-ayrılıqda şəxsi haqqından çoxdur. Ailəni qorumaq üçün şəxsi haqdan keçmək lazımdır.
6. Sülh həmişə mal ödəməklə əldə edilmir. Bəzən barışıq üçün haqdan keçmək lazım gəlir. Xəsislik bu işə mane olur.
7. Bir çox ailələrin sarsılmasının rəmzi dar baxış, xəsislik və insanı bürümüş hərislikdir.
8. Kişinin öz cinsi meylini boğub iki arvad arasında ədalətə riayət etməsi təqva və ehsan nümunəsidir.
9. İslamın hüquq nizamı onun əxlaqi nizamından ayrı deyil.
10. İstər haqdan keçmək, istərsə də zövcəyə yaxşılıq Allahın hüzurunda olan işlərdir.
11. Həvəsbaz kişi ləzzət almaq məqsədi ilə əvvəlki arvadını sıxıntıya salsa, ona bir məsələni məcbur surətdə qəbul etdirmək istəsə, bilsin ki, Allah onun əməlindən agahdır.
129. ﴿وَلَن تَسْتَطِيعُواْ أَن تَعْدِلُواْ بَيْنَ النِّسَاء وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾
“(Qəlbən bağlılıqda) arvadlarınız arasında ədalətli rəftar edə bilməzsiniz. Nə qədər çalışsanız da, bu mümkün deyil. Beləsə, öz meylinizi daim bir tərəfə yönəltməyin ki, o biri tərəfi asılı vəziyyətdə (nə ərli kimi və nə boşanmış kimi boşanmış) qoyasınız. Əgər sülh, barışıq və təqva yolunu tutsanız, şübhəsiz, Allah daim bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |