Nöqtələr
◘Ayədəki “təlvu” sözü haqsız danışıq, təhrif, ədalətin icrasında təxir mənasını bildirir.
◘Ayənin bütün sözləri və cümlələri insanları ədalətə təşviq edir. Ədalətli olmaq və ədalətə şahidlik, eləcə də fərdiyyətçilik, millətpərəstlikdən uzaqlıq haqq-ədalət meyarıdır. Nə fəqirlik, nə var-dövlət, nə özüm, nə də qohum-əqrəba!
◘İnsanın şahidliyi bir neçə növdür: Zülmlə mübarizə ruhiyyəsi əsasında varlılara qarşı şəhadət; var-dövlət qazanmaq məqsədi ilə varlıların xeyrinə şəhadət; fəqirə etinasızlıq səbəbindən ona qarşı şahidlik; fəqirə ürək yanğısından doğan şahidlik.
Ayə bütün bu halları batil sayır və yalnız ədalətə əsaslanan şahidliyi qəbul edir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Möminin mömin boynunda yeddi haqqı var. Onların ən vacibi insanın özünün və ya yaxınlarının zərərinə də olmuş olsa haqqı deməkdir.”2
Dostları ilə paylaş: |