Bildirişlər
1. Ədalətin bərpası vacibdir, həm də iman şərtdir.
2. Ədalət uğrunda qiyam möminin xarakteri olmalıdır. “Qəvvam” sözü ədaləti daim bərpa etmək mənasını bildirir.
3. Qeyri-müsəlmana münasibətdə də ədalətə riayət edilməlidir.
4. Ədalət həyatın bütün sferalarında qorunmalıdır. Ədalətin bərpasında xüsusi bir hal qeyd olunmamışdır.
5. Şahid olmaq və haqqa şəhadət vermək vacibdir.
6. Şahidlikdə niyyət dünyəvi məqsədlərə çatmaq olmamalıdır.
7. İnsanın özünə qarşı etirafı mötəbərdir.
8. İlahi göstərişlər hər hansı yaxınlıqdan öndə gəlir.
9. İnsanın öz xeyrinə, yaxınlarının və fəqirlərin xeyrinə hərəkəti Allahın razılığına əsaslanmalıdır.
10. Fəqirlərin və varlıların gerçək faydası yalan şəhadət yolu ilə təmin olunmayacaq.
11. Qanun qarşısında hamı bərabərdir.
12. Nəfs istəklərinə itaət ədalətin icrasına mane olur. Qohumların, fəqirlərin və varlıların əsas götürülməsi nəfsə itaətin nişanəsidir.
13. Şəhadəti yerinə yetirmək vacibdir. Şəhadəti gizləmək və onu təhrif etmək qadağandır.
14. Ədalətin istənilən bir şəkildə qarşısını almaq və onu təxirə salmaq haramdır.
15. Ədalətin təmininin zamini ilahi elmə imandır.
136. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ آمِنُواْ بِاللّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِيَ أَنزَلَ مِن قَبْلُ وَمَن يَكْفُرْ بِاللّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا﴾
“Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəllər nazil olunmuş kitaba (gerçəkdən) iman gətirin. Hər kəs Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və qiyamət gününə küfr etsə, həqiqətən, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Dostları ilə paylaş: |