Nöqtələr
◘İlkin İslamda kitab əhlindən bir dəstəsi müsəlmanların hüzurunda iman gətirdiklərini bildirdilər. Onlar şübhə yaratmaq üçün yenidən kafir oldular. Küfrə qayıtmalarına səbəb kimi İslamı yetərsiz gördüklərini bildirdilər. Necə ki, yəhudi qövmü əvvəlcə Musaya iman gətirdi, sonra buzovpərəstliyə döndü, daha sonra tövbə edib allahpərəstliyə üz tutdu. Amma yenə də İsanı, İslam peyğəmbərini inkar edib öz küfrlərini artırdılar.
◘Bu ayənin oxşarı ilə əvvəllər də rastlaşdıq və bildirildi ki, belə kəslərin tövbəsi qəbul deyil, onlar gerçək azğındırlar.1
◘Gündə bir rəngə düşmənin səbəbi ya dini araşdırmaların yetərsizliyidir, ya da möminlərin əqidəsində süstlük yaratmaq qorxusu. “Ali-İmran” surəsinin 72-ci ayəsində də bu qurğunun üzərindən pərdə qaldırıldı. Onlar sübhə yaxın iman gətirir, günün sonunda kafir olurlar ki, müsəlmanlar çaşqın vəziyyətə düşsün.
◘Şəbəs ibn Rəbi kimiləri bu ayənin bariz nümunələrindəndir. Tarixi mənbələrdə bildirilir: Bu şəxs peyğəmbər dövründə İslamı qəbul etdi, peyğəmbərdən sonra dindən çıxdı. Sonra tövbə qılıb həzrət Əliyə (ə) qoşuldu. Amma həzrət Əliyə (ə) də sadiq qalmadı və onun komandanlığından çıxıb Nəhrəvan döyüşünü qızışdırdı. Sonra yenə tövbə etdi və imam Həsənlə (ə) imam Hüseynə (ə) qoşuldu. O, imam Hüseynə (ə) dəvət məktubu yazdı, amma Kufədə imamın elçisi Müslümə xəyanət etdi. Kərbəlada Yezidin qoşununa qatıldı və imam Hüseynin (ə) qətlinə şükür əlaməti olaraq Kufədə məscid tikdi.2
Dostları ilə paylaş: |