Nöqtələr
◘Bu ayənin oxşarı “Bəqərə” surəsinin 63 və 93-cü, eləcə də, “Əraf” surəsinin 171-ci ayəsində bəyan olunmuşdur.
◘«Allahın Bəni-İsraillə əhdi» dedikdə, “Bəqərə” surəsinin 40 və 84-cü, “Maidə” surəsinin 12-ci ayəsində qeyd olunanlar nəzərdə tutulur.
◘Müqəddəs məkanların xüsusi qaydaları var. Tur dağı, peyğəmbərlərin evləri, məscidlər, Məscidül-Həram, Kəbə haqqında xüsusi göstərişlər verilmişdir.1
Fiqh kitablarında və hədis mənbələrində məscidlərlə bağlı digər qaydalar da bəyan olunmuşdur.
Bildirişlər
1. Tərbiyə prosesində bəzən qorxudan da istifadə olunur.
2. Tətil və ibadət vaxtında işə məşğul olmaq həddi aşmağın bir növüdür.
155. ﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ وَكُفْرِهِم بَآيَاتِ اللّهِ وَقَتْلِهِمُ الأَنْبِيَاء بِغَيْرِ حَقًّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ بَلْ طَبَعَ اللّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾
“Əhdi pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri nahaqdan öldürdüklərinə və “qəlblərimizə pərdə çəkilib” dediklərinə görə (onları cəzalandırdıq). Bəlkə də Allah küfrlərinə görə onların qəlblərini möhürləmişdir. Yalnız az bir qismi iman gətirər.”
Dostları ilə paylaş: |