Bildirişlər
1. Dini işlərdə “aşdan isti kasa” olmayın. İsa özünü Allahın bəndəsi bilir. Siz nə üçün onu Allahın oğlu sayırsınız?!
2. Məsih nəinki ibadət edirdi, o bütün varlığı ilə Allahın bəndəsi idi.
3. Yaxın mələklər Allaha bəndəlik edir. Nə üçün bu mələklərdən olan Ruhul-Qüdsü üç Allahdan biri sayırsınız?
4. İbadəti tərk etmənin qaynağı təkəbbürdür. Əgər ruhda təkəbbür halı olsa, bütün təhlükələr gözlənilir.
5. Hamı Allaha doğru qayıdasıdır. Qiyamətdən qorxaq və təkəbbür göstərməyək.
173. ﴿فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلُيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا﴾
“İman gətirib saleh işlər görənlərin mükafatını Allah kamil şəkildə verər. Allah Öz fəzlindən onlara daha artıq əta edər. Amma boyun qaçırıb təkəbbürə uğrayanları Allah dərdli əzabla cəzalandırar. Onlar Allahın (qəzəbi) qarşısında özləri üçün dost və yardımçı tapmayacaqlar.”
Dostları ilə paylaş: |