Nöqtələr
◘Allah yolunda qədəm götürənin dünya ehtiyacları da təmin olunar. Məryəmin anası öz övladını Allah yolunda nəzir etdi. Allah bu ayədə buyurur: Həm onun cismini inkişaf etdirdik, həm Zəkəriyya kimi qəyyum qərar verdik, həm də səmadan süfrə (maidə) nazil etdik...
◘Hesabsız ruzi hesab-kitabın olmaması demək deyil. Nəzərdə tutulan şey ümumi hesabın olmamasıdır.
◘Həzrət Məryəm zahiri və cismi baxımdan kamil və yaxşı inkişaf etmişdi.
◘Məryəm kimi anadan, Məscid kimi tərbiyə yerindən, Zəkəriyya kimi qəyyumdan, behişt ruzilərindən İsa kimi övlad ərsəyə gəlir. Tərbiyədə aşağıdakı təsirli amillər var: ananın pak ruhu, sağlam cisim, ilahi təlim-tərbiyə, pak qidalanma.
◘Tarixi mənbələrdə nəql olunur: Mədinəni qıtlıq bürüdüyü vaxt həzrət Fatimə (s) bir qədər çörək və ət götürüb həzrət Peyğəmbərin (s) yanına gəldi. Həzrət soruşdu: “Qəhətlik dövründə bu qidalar haradandır?” Həzrət Fatimə (s) buyurdu: “Allah tərəfindən.” Həzrət Peyğəmbər buyurdu: “Allaha şükür olsun ki, səni Məryəm kimi qərar verdi.” Sonra Peyğəmbər (s) həzrət Əli (ə), imam Həsən (ə) və imam Hüseyni (ə) çağırdı. Birlikdə həmin qidalardan yedilər və qonşulara da verdilər.1
Dostları ilə paylaş: |