Nöqtələr
◘Kafirlərin məkri qarşısında Allahın tədbiri bu ayədə bəyan olunmuşdur.
◘İmam Baqir (ə) buyurmuşdur: “ Həzrət İsanın meracı mübarək ramazan ayının iyirmi birinci gecəsi baş verdi.2
Bildirişlər
1. Başqa peyğəmbərlər üçün də merac olmuşdur.
2. Kafirlərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
3. Məsihilərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
4. Peyğəmbərlərin ardıcılı olmaq qələbə rəmzidir.
5. İslamın bütün dünyaya ünvanlanması İslamın pənahındakı məzhəbi azlıqların vücudu ilə zidd deyil. “Qiyamət gününədək” təbirindən aydın olur ki, yəhudi və məsihilər qiyamət gününə qədər mövcud olasıdırlar.
6. Hamının qayıdışı Allaha doğrudur və O, sorğu-sualsız hakimdir.
56. ﴿ فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾
“Kafir olan dəstələri dünya və axirətdə ağır əzaba düçar edərəm və onlara heç bir yardımçı olmaz.”
57. ﴿ وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ ﴾
“Amma iman gətirib, saleh iş görənlərin mükafatını kamil şəkildə verəcəyəm. Allah zalımları sevməz.”
Dostları ilə paylaş: |