Düzgün və qəti rəhbərlik üçün ilahi nişanələr, möhkəm və dəlil-sübutlu bəyan lazımdır.
59. ﴿ إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ ﴾
“Həqiqətən, Allah üçün İsanın (yaranış) tərzi Adəmin (yaranış) tərzi kimidir. Allah onu torpaqdan yaratdı və sonra buyurdu: “Ol!” O da mövcud oldu.”
Nöqtələr
◘Məsihilərdən bir dəstəsi Mədinəyə gəlib peyğəmbərin hüzuruna yetişdilər. Onlar peyğəmbərlə söhbətdə İsanın dünyaya atasız gəlməsini onun ilahilik nişanəsi kimi təqdim etdilər. Bu ayə nazil oldu və məsihilərə belə cavab verildi: «Əgər atasız anadan olma Allahlıq və ya Allahın övladı olmağa dəlildirsə, bu işdə Adəm İsadan da qabaqda gəlir. Çünki onun nə atası, nə də anası olmuşdur. Bəs nə üçün Adəmi Allah və ya Allahın övladı saymırsınız?!»