Nöqtələr
◘Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: “And olsun Allaha ki, siz Məhəmməd (s) ailəsindənsiniz.” Sonra imam yuxarıdakı ayəni tilavət etmişdir.1 Həzrət Peyğəmbər (s) isə Salman Farsi haqqında belə buyurmuşdur: “Salman biz Əhli-beytdəndir.”2
◘Ayədə İbrahimin ardıcılları ona ən yaxın adamlar kimi tanıtdırılsa da, İslam peyğəmbəri və müsəlmanların adı ayrıca çəkilir. Burada məqsəd İbrahimə itaətin ən üstün nümunəsi kimi həzrət peyğəmbər və müsəlmanları dünyaya tanıtdırmaqdır.
◘Rəvayətdə nəql olunmuşdur: Həzrət Məhəmmədin (s) dostu o kəsdir ki, qohumluq baxımından ondan uzaq olsa da, Allaha itaət etsin. Peyğəmbərin düşməni isə o kəsdir ki, Peyğəmbərə (s) qohum olmuş olsa da Allaha itaətsizlik göstərsin.”3
İmam Sadiq (ə) buyurmuşdur: “Ayədəki “iman gətirmiş kəslər” təbiri imamlar və onların ardıcıllarına işarədir.”4
Dostları ilə paylaş: |