Nöqtələr
◘Zahirən bu ayədə Tövratda və İncildə kitab əhlinə həzrət Məhəmməd (s) haqqında verilmiş müjdə nəzərdə tutulur. Onlar öz ictimai mövqeləri və maddi mənafelərinin hifzi üçün bütün bu ilahi nişanələri görməməzliyə vurdular.
Bildirişlər
1. İnsanın öz vicdanına müraciəti ən yaxşı dəvət yoludur.
2. Bilmək kifayət deyil, qəbul etmək lazımdır.
71. ﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴾
“Ey kitab əhli, nə üçün haqqa batil donu geyindirirsiniz və həqiqəti gizlədirsiniz? Halbuki özünüz (onun haqq olmasından) agahsınız.
Dostları ilə paylaş: |