«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə20/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

AYƏ 62:


﴿ إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, (həzrət Məsihin) haqq olan hekayəti budur. Allahdan başqa bir məbud yoxdur əlbəttə ki, Allahdır yenilməz qüdrət hikmət sahibi!»

TƏFSİR:


Həzrət İsanın (ə) həyatı qısa şəkildə bəyan olunduqdan sonra daha artıq təkidlə buyurulur: Bunlar Həzrət İsanın (ə) həqiqi sərgüzəştləridir; onu Allah, yaxud Allahın övladı olmaq kimi bir ilahilik məqamına qaldıran puç iddialar deyil.

Nə onun Allah olmasını iddia edənlər, nə də (nəuzu billah) Allahın qanunsuz övladı olmasını deyənlər əsla düz söz deyirlər. Haqq söz sənin gətirdiyindir: «O, Allahın bəndəsi və peyğəmbəridir və bir möcüzə ilə atasız olaraq pak bir anadan dünyaya gəlmişdir.»

Yenə də daha artıq təkidlə əlavə edilir: “Yeganə Allahdan başqa heç bir məbud yoxdur. O, qüdrət və hikmət sahibidir.” Onun qüdrəti müqabilində atası olmadan övlad dünyaya gəlməsi çox da mühüm məsələ deyildir. Bəli, məhz belə bir Allah pərəstişə layiqdir və Ondan qeyrilərinin belə bir haqqı yoxdur.

AYƏ 63:


﴿ فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ ﴾

TƏRCÜMƏ:


«Buna görə əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.»

Bu ayədə həqiqətləri qəbul etməkdən boyun qaçıranlar təhdid olunaraq buyurulur: “Əgər bu qədər açıq-aydın dəlil və şahidlərlə belə, yenə də haqdan üz döndərsələr (bil ki, onlar haqq axtaran deyil, əksinə, yer üzündə fəsad törədənlərdir, çünki) Allah fəsad əhlindən agahdır.”


AYƏ 64:


﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ﴾

TƏRCÜMƏ:


«De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq ( o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.

TƏFSİR:

VƏHDƏTƏ DOĞRU DƏVƏT


Keçən ayələrdə bütün xüsusiyyətləri ilə yanaşı, İslami dəvətdən söhbət açılırdı. Bu ayədə isə İslamla kitab əhlinin ayinləri arasında müştərək olan bir məsələ barədə söhbət açılır, Peyğəmbərə (s) xitabən buyurulur: “De, ey kitab əhli! Gəlin bizimlə sizin aranızda olan müştərək bir sözə doğru − Yeganə Allahdan başqa heç nəyə pərəstiş etməyək. Heç nəyi Ona şərik qoşmayaq və bizim bəzimiz bəzilərini yeganə Allahın yerinə ərbab kimi qəbul etməsin.”

Bu məntiq bizə aydınlaşdırır ki, əgər bəziləri müqəddəs hədəflərin hamısında sizinlə həmkarlıq etməyə razı olmasalar, heç olmazsa müştərək olan mühüm hədəflərdə onları cəlb etməyə çalışın ki, bundan müqəddəs hədəfinizi irəli aparmaqda istifadə edəsiniz.

Sonra ayənin axırında buyurulur: Əgər onlar müştərək tövhid nöqtəsinə məntiqi dəvətdən sonra yenə də boyun qaçırıb üz döndərsələr, deyin: şahid olun ki, biz müsəlmanıq, haqqın qarşısında təslim oluruq. Siz isə təslim olmursunuz. Sizin haqdan uzaqlaşmağınız bizim ruhiyyəmizdə azacıq belə təsir qoymayacaq və biz əvvəldə olduğu kimi öz yolumuzu, yəni İslam yolunu davam etdirəcəyik. Biz yalnız Allaha ibadət edir, yalnız Onun qanunlarını rəsmi şəkildə qəbul edirik. Hər formada olursa-olsun, bəşərə sitayiş məsələsi bizim aramızda heç vaxt olmayacaqdır.

AYƏ 65:


﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli, üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!»

TƏFSİR:


Həm yəhudilər, həm də məsihilər İbrahimi özlərindən hesab edirdilər. Bu məsələ o qədər qızğın şəkil almışdı ki, Quran onların barəsində buyurur: «İbrahim nə yəhudi, nə də məsihi idi.»

Bu ayə onların iddialarının puç olmasını bəyan edərək buyurur: “Necə olur ki, siz İbrahimi özünüzdən hesab edirsiniz, halbuki o, Tövrat və İncildən qabaq yaşamışdır. İbrahim onlara necə tabe ola bilər? Məgər o hələ nazil olmamış kitablara tabe olurmu? Heç olmasa sözləriniz tarixlə uyğun olsun deyə bu qədər də fikirləşə bilmirsiniz?!



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin