«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə27/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

AYƏ 85:


﴿ وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ ﴾

TƏRCÜMƏ:


«Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır o, axirətdə ziyana düşənlərdəndir

TƏFSİR:


Əvvəlki ayələrdə İslam məktəbi və İslam rəhbərliyinin siması ümumi şəkildə bəyan olunmuşdur. Onun ümumi prinsipləri aşağıdakılardan ibarətdir:

1. Bütün əvvəlki peyğəmbərlərdən sonrakı peyğəmbərlərə iman gətirmələri barədə əhd-peyman alınması.

2. Bütün varlıq aləminin Allahın əmrinə tabe olması və ilahi dindən başqasını qəbul edilməsinin rəva olmaması.

3. İslam ardıcıllarının bütün peyğəmbərlərə və onların səmavi kitablarına inanması.

Bunlar İslam məktəbinin siması və onun etiqadlarıdır. Quran da aşkar şəkildə bəyan edir ki, hər kəs bu dindən başqasını seçsə, heç vaxt ondan qəbul olunmayacaq.

AYƏ 86:


﴿ كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴾

TƏRCÜMƏ:


«İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etmə.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Mədinə müsəlmanlarından – ənsardan bir nəfər günahsız bir şəxsi nahaq yerə öldürdü və cəzalandırılacağından qorxaraq İslamdan dönüb Məkkəyə qayıtdı. Onun İslamı qəbul etmiş ardıcıllarından da on bir nəfər mürtəd oldu (dindən döndülər). Məkkəyə daxil olduqdan sonra öz işlərindən ciddi şəkildə peşman oldular. Bir nəfəri Mədinəyə göndərdilər ki, Peyğəmbərdən (s) onlar üçün bir qayıdış yolu olub-olmadığını soruşsun. Yuxarıdakı ayə nazil olaraq onların tövbəsinin qəbul olunmasını xüsusi şərtlərlə əlaqələndirdi.

TƏFSİR:


Keçən ayələrdə Allah dərgahında qəbul olunan yeganə dindən – İslamdan söhbət açıldı. Burada da İslamı qəbul etdikdən sonra dindən çıxaraq mürtəd olan şəxslər barəsində söhbət açılır. Əvvəldə buyurulur: “İman gətirib Rəsuli-Əkrəmin (s) haqq olmasına şəhadət verdikdən, eləcə də açıq-aydın əlamətlər gəldikdən sonra kafir olanları Allah necə hidayət edər? Allah zalım insanları hidayət etməz.”

Allah onları nə üçün hidayət etməz? Səbəbi aydındır. Çünki onlar Peyğəmbəri (s) bütün aydın nişanələrlə tanımış, onun risalətinə şəhadət vermişdilər. İslamdan qayıtmaq da həqiqətdə zülm və sitəmkarlıqdır. Agahlıq üzündən zülm edən bir şəxs ilahi hidayətə layiq deyildir. Belə bir şəxs öz vücudunda hidayət zəminlərini öz əli ilə məhv edib aradan aparmış olur.


AYƏ 87-88:


﴿ أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ. خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ ﴾

87. «Onların cəzası Allahın, mələklərin bütün insanların lənətinin onlara olmasıdır

88. «O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət ehsan) nəzər(i) salınmayacaq qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir

AYƏ 89:


﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ فَإِنَّ الله غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ VƏ TƏFSİR:


Bu ayədə belə şəxslərin Allah dərgahına qayıdış yolu bəyan olunur, onlara tövbə etmək icazəsi verilir. Çünki Quranın əsas hədəfi bütün insanları islah və tərbiyə etməkdir.

Buna görə də buyurulur:



«Ondan sonra tövbə edən ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan mehribandır

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin