«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə40/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

AYƏ 129:


﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:


«Göylərdə yerdə olanlar (onların özləri daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini ( layiq bildiyini) bağışlayır istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan mehribandır

TƏFSİR:


Bu ayə əvvəlki ayəni təkidləndirərək buyurur ki, bütün varlıq aləminin yaradılması və hökmranlığı Allahın əlində olduğu üçün insanları cəzalandırmaq da Onun əlindədir. Maraqlıdır ki, bu ayədə Allahın qəzəbinə düçar olan şəxslərə qürur və ya ümidsizlik hakim olmasın deyə, konkret və müəyyən şəkildə bəyan edilmir ki, nəticədə bütün insanlar ümidlə qorxu arasında olsunlar. Aydındır ki, əfv etmək, yaxud əzaba düçar etmək ilahi hikmətlə əlaqədardır, insanın özündə və ya onun cəmiyyətdə yaratdığı zəminlərdən asılıdır.

AYƏ 130:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, artıq bir neçə qat gəlir olan sələmi yeməyin Allahdan qorxun, bəlkə nicat tapasınız

TƏFSİR:


Bu ayə, eləcə də ondan sonrakı səkkiz ayə «Ühüd» müharibəsi ilə əlaqədar ayələrin arasında yerləşdirilmişdir. Bu tərtib bəlkə də bir müdafiə sistemində iqtisadi və əxlaqi məsələlərin son dərəcədə təsirli olmasına görədir. Bir cəmiyyətin fərdlərində ixlas, fədakarlıq, xeyir işlərdə bir-birindən qabağa keçmək və rəhbərə itaət etmək kimi xüsusiyyətlər olarsa, müharibə meydanlarında da müvəffəqiyyət qazanacaqlar. Lakin pulpərəst və paxıl rəhbərə qarşı itaətsizlik göstərən, günah işləri davam etdirən bir cəmiyyət şübhəsiz, məğlubiyyətə uğrayacaqdır.

Bunu da qeyd edək ki, sələm bir neçə mərhələdə, tədrici surətdə haram və qadağan edilmişdir. Birinci mərhələdə yəhudilərin sələmçiliyi tənqid atəşinə tutulur. Çünki qadağan olunduğu halda onlar riba alırdılar. Bu ayə bir neçə qat artıq alınan sələmi qadağan edir. Lakin tədriclə hətta bir dirhəm belə, sələm almaq Allahla müharibə kimi təqdim edilmişdir.



İNCƏ MƏTLƏBLƏR

1. Ribanın özü qadağan olunmamışdan qabaq onun çirkin və aşkar nümunələri bəyan olunur.

2. İqtisadi məsələlərdə təqvaya riayət edilməsi son dərəcə zəruri məsələlərdəndir. Sağlam iqtisadiyyat da təqva əlamətidir.

3. Qurtuluş və xilaskarlıq mal-dövlətlə, sələmçiliklə deyil, təqva yolu ilə hasil olur.

4. Sələm alan şəxs təqvasızdır. Təqvasız şəxs də qurtuluşa, nicata nail ola bilməz. Sələm yeyən şəxs nə dünyada qurtuluşa nail olar (ona görə ki, cəmiyyətdə sinfi ixtilafları şiddətləndirir, insanlar arasında təfriqə, kin-küdurət yaradır, məhrum təbəqələrə ruhi sıxıntı gətirir və cəmiyyəti partlayışa doğru aparır, digər tərəfdən isə pullarını sələmə verənlərdə əyyaşlıq, harınlıq, hərislik və s. kimi xüsusiyyətləri gücləndirir), nə də axirətdə qurtuluşa nail ola bilərlər. Çünki onlar Allahın qəhr əzabına düçar olmuşlar.

AYƏ 131:


﴿ وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:


«Kafirlər üçün hazırlanmış oddan çəkinin

TƏFSİR:


Bu ayədə bir daha təqvaya təkid olunur və buyurulur ki, özünüzü kafirlər üçün hazırlanmış oddan qoruyun.

«Kafirlər» təbiri gətirilməsindən məlum olur ki, ümumiyyətlə, sələmçilik iman ruhu ilə bir yerə sığmaz və sələm yeyənlər kafirləri gözləyən cəhənnəm oduna düçar olacaqlar.


AYƏ 132:


﴿ وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴾

TƏRCÜMƏ:


«Allaha Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız

TƏFSİR:


«Ühüd» müharibəsində müsəlmanların məğlub olmalarının səbəbi onların Peyğəmbəri-Əkrəmin (s) göstərişləri qarşısında itaətsizlik etmələri idi. Çünki Həzrət (s) buyurmuşdu ki, «Ühüd» dağının dərələri arasında yerləşən xüsusi bir məntəqəni qorusunlar və oranı heç vaxt tərk etməsinlər. Lakin Peyğəmbərin (s) təkidli göstərişlərinə baxmayaraq, mühafizəçilər qənimətlərə tamah salaraq həmin məntəqəni tərk etdilər. Düşmən də məhz keşiksiz qalmış həmin yerdən müsəlmanlara ağır zərbə endirdi.

İNCƏ MƏTLƏBLƏR

1. Rəsuli-Əkrəmin (s) istər hökumət məsələləri ilə, istərsə də ibadətlə əlaqədar göstəriş və fərmanları Allahın fərmanlarına itaət etmək kimi vacibdir.

2. Hər kəs Allahın və Peyğəmbərin (s) göstərişlərinə itaət edərək sələmçilikdən əl çəksə və insanlara rəhm etsə, Allahın rəhmətinə nail olacaqdır (bu, əvvəlki ayələrə diqqət yetirilməklə başa düşülür).


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin