«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə41/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

AYƏ 133:


﴿ وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:


«Rəbbiniz tərəfindən olan bağışlanmaya genişliyi göylər yer (qədər) olan () təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsi

TƏFSİR:

SƏADƏT YOLUNDA MÜSABİQƏ


Bəd əməl sahiblərini təhdid edərək onlara cəhənnəm əzabını vədə verən ayələrin ardınca bu ayədə yaxşı əməl sahiblərinə ilahi rəhmət vədəsi verilərək onlar təşviq olunur, yaxşı əməl sahiblərinin səy və fəaliyyətləri bir növ mənəvi müsabiqəyə bənzədilir ki, onun da yekun hədəfi Allahın bağışlamağı, behişt kimi əbədi nemətlərə nail olmaqdan ibarətdir. Allah-təala buyurur: «İlahi məğfirətə (bağışlanmağa) nail olmaq yolunda bir-birinizlə yarışın.»

Mənəvi məqamlara nail olmaq günahlardan təmizlənmədən və bağışlanmadan mümkün deyildir, buna görə də bu mənəvi müsabiqədə əsas hədəf ilk növbədə Allahın məğfirəti, ikinci mərhələdə isə genişliyi asimanlar və yer qədər olan behişt qərar verilmişdir.

Ayənin axırında bir daha təkidlə buyurulur: «Belə bir əzəmətdə olan behişt pəhrizkarlar və təqva sahibləri üçün nəzərdə tutulmuşdur.»

AYƏ 134:


﴿ الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾

TƏRCÜMƏ:


«(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah şadlıqda, mallarında hallarında (maddi mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir

TƏFSİR:

TƏQVA SAHİBLƏRİNİN SİMASI


Pəhrizkar və təqvalı insanlara əbədi behişt vədəsi verilməsinin ardınca bu ayədə onların kim olduğu bəyan edilir. Onlar üçün beş ali-insani səciyyə və xususiyyət bəyan edilir:

1. Onlar hər bir halda – istər rahatlıq, firavanlıq və vüsət halında, istərsə də pərişanlıq, yoxsulluq və məhrumiyyət halında Allah yolunda infaq edərlər.

Diqqət yetirilməlidir ki, əvvəlcə pəhrizkarların infaq kimi bariz xüsusiyyətləri bəyan edilir. Çünki bu, yuxarıdakı ayədə sələmçilərin və istismarçı xüsusiyyətlərin düz qarşısında dayanır. Bundan əlavə, həm firavanlıq və həm də yoxsulluq dövründə öz mal-dövlətlərindən keçərək onu ehsan etmələri təqva məqamının ən aydın əlamətidir.

2. Onlar qəzəblərini cilovlayaraq öz ixtiyarlarında saxlayır və onlara hakim kəsilir.

3. Onlar camaatın xətalarını güzəştə gedirlər.

Qəzəbi udmaq çox gözəldir, lakin bu, təklikdə kifayət deyildir. Çünki kin-küdurət, ədavət insanın qəlbindən tamamilə silinməyə bilər, bu halda ədavətə son qoyulması üçün qəzəbin udulmasından sonra ehsan və yaxşılıq da olmalıdır.

4. «Onlar yaxşı əməl sahibləridir və Allah da yaxşı əməl sahiblərini sevir.»

Burada əfvin ən ali mərhələsinə işarə olunmuşdur. Belə ki insan pislik qarşısında yaxşılıq edəndə (özü də layiq olan hallarda) düşmənçilik köklərini qəlbindən tamamilə kəsir və qarşı tərəfin qəlbini özünə qarşı mehriban edir.


AYƏ 135:


﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ﴾

TƏRCÜMƏ:


« o kəslər ki, çirkin bir (böyük günah) gördükdə ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? onlar etdikləri işdə bilərəkdən israr etməzlər

TƏFSİR:


Təqvalılar çirkin bir əmələ mürtəkib olduğu zaman, yaxud özlərinə zülm edərkən Allahı xatırlayar və öz günahlarının bağışlanmasını Ondan istəyərlər.

Yuxarıdakı ayədən məlum olur ki, insan Allahı xatırladığı vaxta qədər günah əmələ mürtəkib olmaz. Bəzi hallarda insan Allahı unudur, amma pəhrizkar insanlarda bu unutqanlıq və qəflət çox çəkmir, tez bir zamanda Allahı xatırlayır və öz keçmiş əməllərini bərpa edirlər. Allahdan başqa günahları kim bağışlaya bilər?!

Ayənin axırında təkid üçün buyurulur: Onlar heç vaxt elm və agahlıq üzündən öz günahlarını davam etdirməzlər.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin