«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə43/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

AYƏ 140:


﴿إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:


«Əgər (Ühüd döyüşündə) sizə yara zərər-ziyan dəydisə (Bədr döyüşündə ) o biri dəstəyə onun kimi yara zərər-ziyan dəydi. Biz bu (qələbə məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması ( Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.»

TƏFSİR:


Bu ayə müsəlmanlara təskinlik verməklə yanaşı, həqiqəti bəyan edir və buyurur ki, əgər siz haqq məqsəd və ilahi hədəflər yolunda, aydın gələcək naminə fiziki cəhətdən zərərə düçar olmuşsunuzsa, narahat olmayın, sizin düşmənləriniz də öldürülüb-yaralanmışlar. Siz bu gün «Ühüd»də qələbə qazanmamışsınızsa, sizin düşmənləriniz də dünən «Bədr» döyüşündə məğlubiyyətə uğramışlar. Deməli, imtahan və sınaqlarda səbirli, müqavimətli olmaq lazımdır.

İNCƏ MƏTLƏBLƏR

1. Siz müsəlmanlar səbir və müqavimətdə kafirlərdən geri qalmamalısınız.

2. Həyatın acılı-şirinli hadisələri həmişəlik deyildir.

3. Müharibələrdə, həyatın enişli-yoxuşlu yollarında həqiqi iman sahibləri iman iddiaçılarından seçilib ayrılırlar.

4. Allah-təala acınacaqlı «Ühüd» müharibəsində sizin özünüzdən şahidlər tutdu ki, rəhbərə itaət etməkdən boyun qaçırmağın məğlubiyyətə necə səbəb olduğunu görəsiniz.

5. Kafirlərin müvəqqəti qələbələri onların Allah yanında sevimli olmalarına dəlil ola bilməz.


AYƏ 141:


﴿ وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:


« həmçinin iman gətirənləri xalis etmək saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!»

TƏFSİR:


Bu ayədəki «təmhis» kəlməsi hər növ eybdən paklanmaq, «məhq» isə tədrici olaraq azalıb yox olmaq deməkdir. Sanki Allah-təala «Ühüd» müharibəsindəki məğlubiyyətlə müsəlmanların zəif cəhətlərini göstərmək istəyirdi ki, onlar bu nöqsanlı halları aradan qaldırıb özlərini islah etmək fikrinə düşsünlər və sonrakı hərəkətlər üçün kifayət qədər hazırlığa malik olsunlar. Bəzən baş verən məğlubiyyətlər insanı yuxudan oyadır və onun həyatında həlledici rol oynayır. Bu da insanı qəflətə daldıran qələbələrdən daha yaxşıdır.

AYƏ 142:


﴿ أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ ﴾

TƏRCÜMƏ:


«Yoxsa Allah aranızdan cihad edənləri səbirliləri məlum etməmiş (üzə çıxarmamış Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!»

TƏFSİR:


Bu ayədə möminlərin cihad, səbr və müqavimət ruhiyyələrinə işarə olunur. Çünki behişt yolu elə səbr və cihad yolundan ibarətdir. Quranda buyurulur: «Səlamun əleykum bima səbərtum!” Ey behişt əhli, səbr və müqavimət etdiyinizə görə sizə salam olsun! Belə bir təbir gətirilməsində incə işarələr vardır. Ayədə «sizin həccə gedib, oruc tutmağınız, xüms-zəkat verməyinizə görə salam olsun» – deyə buyurulmur, çünki hər bir əməlin yerinə yetirilməsi səbr və müqavimət tələb edir.

İNCƏ MƏTLƏBLƏR

1. Sadəcə iman gətirmək kifayət deyildir, əməl, fəaliyyət, işgüzarlıq da lazımdır. (Behişti dəyərə görə verirlər, bəhanəyə görə yox.)

2. Behiştin açarı səbr və cihaddır (qəm-qüssələr, şadlıqlar, günahlar, itaətlər və bir sözlə, böyük və kiçik cihad müqabilində səbr etmək).

3. Cihadla yanaşı, səbr və müqavimət də lazımdır. Çünki müharibənin başlanması və davam etdirilməsi müəyyən tələfatlara səbəb olur, müharibədən sonra da baş verən çatışmazlıqların aradan qaldırılmasında səbr və təmkinə ehtiyac vardır.

4. Puç, batil, xam xəyallardan və yersiz təvəqqelərdən əl çəkin.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin