«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə48/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

AYƏ 155:


﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾

TƏRCÜMƏ:


«Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan həlimdir

TƏFSİR:


Bu ayə müsəlmanların «Ühüd» müharibəsində meydandan qaçması ilə əlaqədar nazil olmuşdur. Təfsirlərdə qeyd olunduğu kimi «Ühüd» müharibəsində beş nəfəri mühacirdən, səkkiz nəfəri isə ənsardan olmaqla on üç nəfərdən başqa hamı qaçmağa üz qoymuşdu. Bu on üç nəfərin – Əli (ə) istisna olmaqla – hamısının adı və kim olmasında ixtilaf vardır.

«Ühüd» müharibəsində müsəlmanlar dörd qrupa bölünmüşdü: 1. Şəhidlər. 2. Səbr edənlər. 3. Sonradan əfv edilən fərarilər. 4. Münafiqlər.



İNCƏ MƏTLƏBLƏR

1. Günahlar şeytan vəsvəsəsi üçün meydan açır.

2. Müharibədən qaçmağın əsas amillərindən biri də günahdır. Günah təqvanı aradan aparır, insanın ruhiyyəsini zəiflədir və şeytanın ona nüfuz etməsi üçün şərait hazırlayır.

3. İnsanların əməlləri onların ruhiyyələrinə də təsir qoyur.



4. Döyüşçülər müharibəyə başlamazdan əvvəl tövbə və istiğfar etməli, ruhlarını paklamalıdırlar.

AYƏ 156:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, kafir olan səfərə çıxmış ( səfərdə ölmüş) ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər öldürülməzdilərdeyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən öldürən Allahdır. Allah etdiklərinizi görəndir

TƏFSİR:


İnsanı hədəfdən yayındıran, onu zəiflədib süstləşdirən, ruhunu sarsıdan təbliğat və təlqinlərin qarşısında dayanmaq və şayiələri təkrar etməmək lazımdır. Diqqət yetirmək lazımdır ki, həm ölüm, həm də həyat Allahın müqəddər etdiyi işlərdəndir. Bu iş əsla müharibə, səfər və s. kimi işlərlə əlaqədar deyil. Düşmən ürəyiyananlıq göstərmək, həsrət çəkmək və təəssüflənməklə sizin aranızda zəhərli təbliğat aparır. Siz də bilin ki, Allah hər şeydən agahdır; buna görə də öz əməl, rəftar və halınızın qeydinə qalın.

AYƏ 157:


﴿ وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ﴾

TƏRCÜMƏ:


«Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşı

TƏFSİR:


İlahi dünyagörüşdə və dini nəzəriyyələrdə Allah yolunda öldürülmək və şəhadətə çatmaq bütün dünya və onda olan şeylərdən daha yaxşıdır. İlahi rəhmət və məğfirətin nəticəsi əbədidir, lakin mal-dövlət və sərvətin təsirləri müvəqqətidir. Əsas məsələ insanın Allah yolunda ölməsidir – istər şəhid olmaqla, istərsə də öz əcəli ilə.

AYƏ 158:


﴿ وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ ﴾

TƏRCÜMƏ:


«Ölsəniz öldürülsəniz şübhəsiz, Allaha tərəf toplanılacaqsınız

TƏFSİR:


İnsanların qarşısında birdən artıq yol yoxdur; o da Allah dərgahına qayıtmaqdır. Onda nə üçün bu səmtə doğru hərəkətdə ən yaxşı vasitədən istifadə etməyək və Allahın razılığına nail olmayaq?!

Əgər ölüm və şəhadət Allah dərgahına qaydışdırsa, onda nə üçün nigaran olmalıyıq? İmam Hüseyn (ə) buyurur: «Əgər bədənlər ölüm üçün yaradılıbsa, onda insanın Allah yolunda qılıncla öldürülməsi daha yaxşıdır.»1



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin