«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə54/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

AYƏ 173:


﴿ الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ ﴾

TƏRCÜMƏ:


«Həmin o kəslər (üçün) ki, camaat onlara “(Məkkə) camaat(ı) sizin( vuruşmaq) üçün toplaşıb, onlardan qorxundedi, amma (bu xəbər) onların imanını artırdı dedilər: “Bizə Allah kifayətdir O, gözəl vəkildir.”»

TƏFSİR:


Sadəlövh insanlar mücahidlərə nəsihət verərək deyirdilər ki, düşmən çox güclüdür, onlarla qarşılaşmaq mümkün deyildir. Yaxşı olar ki, müharibəyə girişməyin. Amma həqiqi möminlər heç bir qorxu olmadan, vəhşət hissi keçirmədən tam aramlıqla ayədə qeyd olunan kimi cavab verdilər.

İNCƏ MƏTLƏBLƏR

1. Düşmənin əsassız və zəhərli təbliğatlarından qorxmayın.

2. Cəbhələrdə düşmən casuslarının nüfuz etməsindən qafil olmayın.

3. Təhdidlər müqabilində ən güclü müqavimət iman və Allaha təvəkküldür.

4. Həqiqi mömin hər nə qədər çətinliklərə düşsə, onun Allahla olan rabitəsi və Ona təvəkkülü bir o qədər güclənir.

AYƏ 174:


﴿ فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴾

TƏRCÜMƏ:


«Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq salamatçılıq) bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik ziyan dəymədən qayıtdılar Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət bəxşiş) sahibidir

TƏFSİR:


«Ühüd» müharibəsinin yaralıları Peyğəmbəri-Əkrəmin (s) əmri ilə və İslamı müdafiə etmək üçün bir daha səfərbər oldular və düşməni “Həmraul-Qeys” düşərgəsinə qədər təqib etdilər. Düşmənlər onların yüksək əhval-ruhiyyəsindən vəhşətə gəlib yenidən hücum etmək fikrindən daşındılar və Məkkəyə qayıtdılar. Bu ayə «Ühüd» müharibəsinin sədaqətli döyüşçüləri və yaralılarına qədirbilənlik etmək üçün nazil olmuşdur.

İNCƏ MƏTLƏBLƏR

1. Bir çox hallarda bəzi insanlar təhlükəyə doğru getmiş, amma sağlam qayıtmışlar. Bunun müqabilində də bəzi təhlükədən qaçan qorxaqlar bəlaya, müsibətə düçar olmuşlar.

2. İlahi şəxsiyyətlər üçün əsas məsələ Allahın razılığını qazanmaqdır, onlar üçün nə şəhid olmaq, nə sağ qalmaq, nə yaralanmaq, nə də asayişdə qalmaq – heç biri ilkin məqsəd deyildir.

3. Allahın böyük mərhəməti təkcə cəbhədə iştirak edənlərə nəsib oldu və cihad meydanından qaçan fərarilər həsrət içində qaldılar.


AYƏ 175:


﴿ إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!»

TƏFSİR:


Həqiqi mömin Allahdan başqasından əsla qorxmaz. Onun imanı şücaətindən ayrı deyildir. İslam döyüşçüləri yalnız Allahdan qorxmalı və Onun qarşısında təqvalı olmalıdırlar. Çünki qorxutma və təhdidetmə böyük qüdrətlərin mənfur siyasətidir.

AYƏ 176:


﴿ وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾

TƏRCÜMƏ:


«Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır

TƏFSİR:


«Ühüd» müharibəsində məğlubiyyətə uğrayanlar sanki bir-birindən soruşurdular: Biz məğlub olmuşuq və kafirlər bizə qələbə çalaraq Məkkəyə qayıtmışlar, indi nə olacaqdır?! Yuxarıdakı ayə onların cavabında buyurur: Əsla narahat olmayın. Bu, Allahın kafirlərə verdiyi bir möhlətdir ki, onların qəlbləri küfrlə tam dolsun və axirətdə heç bir bəhrələri olmasın.

İNCƏ MƏTLƏBLƏR

1. Öz təmkin və aramlığınızı qoruyub saxlayın, bilin ki, kafirlərin İslamı məhv etmək üçün göstərdikləri səylər tamamilə təsirsizdir.

2. Küfr meydanında tələm-tələsik hərəkətlər insanı tövbə etmək və ilahi rəhmətə nail olmaqdan məhrum edir.

3. İnsanların küfr etməsi Allahın müqəddəs hüzuruna azacıq belə zərər vurmur.

4. Kafirlərə möhlət verilməsi Allahın müqəddər etdiyi sünnələrdəndir. Bir kəs bu möhlətin məlumatsızlıq ucbatından, yaxud onların qarşısında bacarıqsız olduğu üçün olmasını təsəvvür etməsin.

5. Bu ayədə həm Allahın qəzəbi, həm də Onun mərhəməti bəyan edilir: Peyğəmbəri-Əkrəmin əmri ilə ikinci dəfə cihad meydanına gedən yaralılara Allahın böyük və əzəmətli mərhəməti, inadkar kafirlərə isə böyük əzab müjdə verilir.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin