«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə13/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

AYƏ 40:


﴿ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء ﴾

TƏRCÜMƏ:


«(Zəkəriyya) dedi: Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?! Dedi: Elədir, (amma) Allah istədiyini edir.»

TƏFSİR:


Həzrət Zəkəriyya bu müjdəni eşitdiyi zaman sevincə qərq oldu və eyni zamanda bu məsələ ilə əlaqədər sevincini gizlədə bilmədiyi üçün dedi: «Pərvərdigara! Mənim necə övladının dünyaya gələ bilər, halbuki, özüm qocalıb əldən düşmüşəm, həyat yoldaşım da doğmayandır?»

Burada Allah ona cavab verərək buyurur: “Belədir. Lakin Allah istədiyi hər bir işi yerinə yetirir.”

Zəkəriyya ilahi qüdrət və iradənin nüfuzlu olmasını göstərən bu qısa kəlam vasitəsilə qane oldu.

AYƏ 41:


﴿ قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ﴾

TƏRCÜMƏ:


«Dedi: Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir. Dedi: Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz işarə ilə danışa biləcəksən. öz Rəbbini çox zikr et, axşam səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»

TƏFSİR:


Bu ayədə Zəkəriyya Allahın ona verdiyi müjdə ilə bağlı bir nişanə göstərməsini istəyir ki, qəlbi tam xatircəmliklə dolsun. İbrahim Xəlil (ə) də məad səhnəsini əyani olaraq müşahidə etmək istəyi ilə öz qəlbində daha artıq aramlıq olmasını istəyirdi. Zəkəriyya ərz etdi: “Pərvərdigara, mənim üçün bu barədə bir nişanə qərar ver.” Allah-təala cavabında buyurdu: “Sənin nişanən budur ki, üç gün müddətində camaatla yalnız işarə və rəmz ilə danışacaqsan. Sənin dilin heç bir eyb və səbəb olmadan camaatla danışmaqdan aciz olacaqdır. Lakin bu nemətin şükrünü yerinə yetirmək üçün öz Pərvərdigarını çox yad et, gecə və sübh çağları Ona təsbih de.”

Allah-təala Zəkəriyyanın duasını qəbul etdi, onun dili heç bir təbii amil olmadan üç gün ərzində camaatla danışmaqdan aciz oldu. Halbuki, Allaha zikr deyirdi. Bu qəribə və təəccüblü hadisə Allahın hər işə qadir olmasını göstərir. O Allah ki, bağlı olan dili zikr vaxtı açmağa qadirdir. Doğmayan bir qadının bətnində Allahı yad etməyin təzahürü olan imanlı bir övladı vücuda gətirə bilər.


AYƏ 42:


﴿ وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:


« (yada sal) o zamanı ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib

TƏFSİR:


«Ruhul-bəyan» və «Əl-mənar» təfsirlərində, Qurtəbinin, Mərağinin, Fəxri Razinin təfsirlərində qeyd olunur ki, dünya qadınlarının xanımı dörd nəfər olmuşdur: Məryəm, Asiya, Xədicə və Fatimə. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də qeyd olunur ki, Məryəm öz dövrünün qadınlarının seyyidəsi idi, lakin Fatimeyi Zəhra (s) tarix boyu olmuş və olacaq bütün qadınların seyyidəsidir. Əlbəttə, hikmətli Allah hər vaxt bir şəxsi seçirsə onun müəyyən ləyaqət və qabiliyyətli xüsusiyyətlərinə görə seçir. Həzrət Məryəmin də bütün dünya qadınlarından üstün olub seçilməsi yalnız onun təqvası və pəhrizkarlığı sayəsində olmuşdur. Bəli, o seçilmişdi ki, Həzrət İsa Məsih (ə) kimi bir peyğəmbəri dünyaya gətirsin.

İNCƏ MƏTLƏBLƏR

1. Mələklər Peyğəmbərdən başqaları ilə də danışa bilər.

2. Qadın «Allah övliyası» məqamına çata bilər və Allah ona xəbər göndərə bilər.

3. Məryəm həm kamal məqamında seçilmişdi, həm də bütün dünya qadınlarından üstün idi; buna görə də «istəfaki» sözü iki dəfə təkrar olunur.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin