«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə42/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

AYƏ 136:


﴿ أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ ﴾

TƏRCÜMƏ:


«Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq (ev ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə gözəldir!»

TƏFSİR:


Üç ayədə ardıcıl olaraq «muttəqin», «muhsinin» və «amilin» kəlmələrinin təkrar olunması göstərir ki, təqva təkcə şəxsi bir məsələ və insanın ruhu ilə əlaqədər deyil, həm də cəmiyyət səhnəsində əməl və ehsanla yanaşı olan bir xüsusiyyətdir.

İNCƏ MƏTLƏBLƏR

1. İnsan günahdan pak olmayınca behiştə daxil olmaq ləyaqətini əldə edə bilmir.

2. Təkcə arzularla Allahın mərhəmətinə nail olmaq olmaz, iş və əməl də lazımdır.

AYƏ 137:


﴿ قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ ﴾

TƏRCÜMƏ:


«Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın təkzib edənlərin aqibətinin necə olmasına baxın

TƏFSİR:


Keçmiş qövmlərdə mövcud olan sünnələr aşağıdakılardır:

1. Onların haqqı qəbul edərək nicata çatmaları.

2. Onların haqqı təkzib edərək həlak olmaları.

3. Onlar üçün ilahi imtahanlar.

4. Qeybi yardımlar.

5. Zalımlara fürsət və möhlət verilməsi.

6. Allah bəndələrinin, ilahi şəxsiyyətlərin müqavimət göstərərək hədəflərinə çatmaları.

7. Kafirlərin məkirli planları və bu planların Allah tərəfindən ifşa edilməsi.



İNCƏ MƏTLƏBLƏR

1. Keçmiş ümmətlərin tarixinin öyrənilməsi gələcək nəsillərin həyatı üçün bir çırağa bənzəyir. (İnsanların tarixi bir-birilə mədəni və ideoloji bağlılığa malikdir. Dünənin dəyişiklikləri bu gündə və bu günün dəyişiklikləri gələcək nəsillərdə təsirlidir.)

2. Hədəfli və məqsədyönlü olan səyahət və gəzinti, həmçinin təfəkkürlə yanaşı olduqda zalımların əsərləri barəsində düşünülməsi insanların ən yaxşı tərbiyəçisi, müəllimi və ibrət dərsi ola bilər.

3. Siz digər ümmətlərdən əsla fərqlənmirsiniz. Hər kəsin inkişaf və tərəqqisinin, yaxud süquta və tənəzzülə uğramasının amilləri eynidir.

4. İnsanlar inkişaf etdikdən, istedadları çiçəkləndikdən sonra qocalığa doğru getdiyi kimi, onlardan təşkil olunmuş cəmiyyətlər də inkşaf edərək tərəqqiyə çatır, çiçəklənir və ya suquta uğrayır.

5. Tarixin mütaliə olunub araşdırılmasında əsas məsələ ondakı mühüm hadisələr deyil, işin necə sona çatmasıdır.


AYƏ 138:


﴿ هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:


«Bu (Quran), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən təqvalılar üçün başdan-başa hidayət nəsihətdir

İNCƏ MƏTLƏBLƏR

1. Quranın bütün iinsanlar üçün nazil olmasına baxmayaraq, ondan yalnız pəhrizkar və müttəqi şəxslər ibrət alırlar.

2. İlahi ayələrdən nə dərəcədə istifadə edib faydalanmaqda insanların ruhiyyəsi təsirlidir.

AYƏ 139:


﴿ وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«Heç vaxt (düşmən qarşısında) süstləşməyin (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz

TƏFSİR:


«Ühüd» müharibəsində rəhbərə itaət edilməməsi nəticəsində İslam qoşunu məğlubiyyətə düçar oldu və bu hadisədən sonra müsəlmanlar sarsılıb öz əhval-ruhiyyələrini əldən verdilər. Yuxarıdakı ayə nazil olaraq onlara göstəriş verdi ki, məğlubiyyətdən sonra özünüzü itirməyin, imanınızı gücləndirin, çünki üstünlük sizinlədir. Allah-təala Musaya (ə) buyurur: «Həqiqətən sən üstünsən, amma camaata de ki, əgər mömin olsanız, üstünlük sizinlədir.»

İNCƏ MƏTLƏBLƏR

1. Müvəqqəti məğlubiyyət son məğlubiyyətin əlaməti deyildir (ayənin nazil olması səbəbinə əsasən).

2. Əgər iman ruhunu əldən verməsəydiniz, Peyğəmbərin (s) göstərişlərini görməməzliyə vurmasaydınız, məğlubiyyətə uğramazdınız (ayənin nazil olması səbəbinə əsasən).


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin